XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 21:32

Türkiyədə güclü yanğın:70-ə yaxın maşın yandı

Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib.

Hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqda olub. Nəticədə 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb.

Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub. Hadisənin baş vermə səbəbləri məlum deyil(report).