XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 14:38

Medvedyev: “Moskva Avropaya qarşı sanksiyalar hazırlayır”

medved put.jpg

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzatması cavabsız qalmayacaq. Tez bir zamanda bir sıra ölkələr qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirləcək.

Strateq.az bildirir ki, baş nazir Dimitri Medvedyev bu barədə özünün rəsmi tvitter səhifəsində yazıb. Hökümətin bu gün keçirilən iclasında baş nazir bildirib ki, ən qısa zamanda hökümət bir sıra ölkələrə qarşı cavab tədbirləri barədə olan təkliflərini prezident Putinə göndərəcək.

“Prezidentin üçün hazırlayacağımız müraciətdə bununla bağlı əvvəlki fərmanının uzadılması ilə bağlı təklif əks olunacaq. Bu sərəncamda Avropa ölkələrinin bir sıra məhsullarına, idxal sazişlərinə məhdudiyyətlərin qoyulacağı öz əksini tapacaq”-deyə D.Medvedyev vurğulayıb.