XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 13:03

Rusiyada parlament seçkilərininvaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putin yeni çağırış Dövlət Dumasına deputat seçkilərini sentyabrın 18-nə təyin edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, seçkilər qarışıq sistemi üzrə keçiriləcək: 225 deputat partiya siyahısı üzrə (proporsional sistem), qalanları isə birmandatlı dairələr (majoritar sistem) üzrə seçiləcək. Ümumilikdə VII çağırış Dövlət Dumasına 450 parlament nümayəndəsi daxil olacaq.

Proporsional sistem yolu ilə parlamentdə təmsil olunmaq üçün partiyalar faiz səddini aşmalı, dairələr üzrə namizədləri isə seçicilərin əksəriyyətinin səsini qazanmalıdır.

Bir qədər əvvəl parlamentin aşağı palatasının spikeri Sergey Narışkin kampaniyada 70-dən çox siyasi partiyanın iştirak edə biləcəyini deyib. Hazırda isə Dövlət Dumasında 4 partiya – “Vahid Rusiya”, KPRF, “Ədalətli Rusiya” və LDPR təmsil olunur.