XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 05:57

Jiskar dEsten Avropanı şoka saldı

“Krım həmişə həmişə rusların olub”

Fransanın keçmiş prezidenti Valeri Jiskar dEsten, demək olar ki, bir ay əvvəl Vladimir Putinlə görüşüb. Onun biçimlənmiş amerikayönlü liberal obrazına baxmayaraq, sonralar mətbuatda Rusiyanın mövqeyini dəstəkləyən çıxışlar edib. O, real siyasət tərəfdarıdır və məqsədi Avropanı ABŞ-ın əsarətindən xilas etməkdir.

Valeri Jiskar dEsten Ukrayna məsələsində putinyönlü mövqe tutmaqla hamını görünməmiş dərəcədə heyrətləndirib.

İri nəşrlər bununla kifayətləndi ki, Jiskar dEstenlə Putinin mayın 28-dəki görüşündən xəbər verib və onun ən ümumi açıqlamalarını sitat gətirib: “Brüsserl həqiqi mənada müstəqil olsaydı, Avropa ilə Rusiyanın münasibətləri daha yaxşı olardı”.

Bizdə, demək olar, məlumar verilmir ki, keçmiş prezident yöncə atlantikaçı olan “Politique internationale”-a verdiyi müsahibədə daha dərinə gedib və Krımın lhaqına bəraət qazandırıb. Onun sözlərinə görə, yarımada həmişə rusların olub.

dEsten ehtimal edir ki, Maydandakı hadisələrin və Yanukoviçin devrilməsinin arxasında Mərkəzi Kəşfiyyat İdarəsinin manipulyasiyaları gizlənə bilər.

Onun fikrincə, sanksiyalar təkcə Rusiyanın maraqlarına yox, həm də beynəlxalq hüquqa ziddir.

Valeri Jiskar dEsten bununla da Fransa və Avropanın siyasi mühitində axına qarşı gedir. Bu mühit elə bir key-lal duruma düşüb ki, birinc planda olan heç bir sima Qərbi Avropanın Rusiyaya münasibətdə kor-koranə amerikayönlü xəttini tənqid etməyə cürət etmir. Yeddiliyin son sammitində Avropa liderlərinin iltifatı buna əyani nümunədir. Bu xətt Vaşinqtonun əmrinə görə “Mistral”ları təhvil verməkdən imtina edib Fransanın sözünü nüfuzdan salan Ollandın məsələsində qul itaətkarlığına yaxındır.

Bundan başqa, keçmiş prezident ona “atlantikaçı liberal” deyənlərin haqlı olmadığını sübut etdi. Lakin onlar unudurlar ki, dEsten 1981-ci ildə Amerka səfirliyinin dəstəklədiyi solçu koalisiyaya uduzdu, özü isə SSRİ səfirliyindən gizlicə kömək aldı. O, prezident müddətinin sonunda Şərqlə Qərb arasında vasitəçi olmağa cəhd etdi ki, bu da açıqca Vaşinqtonun xoşuna gəlmədi. Bu cür kursun düzgünlüyü haqda, əlbəttə, mübahisə etmək olar, çünki o vaxt Moskva son dərəcə ciddi təhlükə təşkil edirdi. Bununla belə, bu hadisə indi yaddan çıxartdığımız müstəqillikdən xəbər verir.

Bütün bunlar bu gün ali dövlət postuna iddialı olanlarla müqayisədə tamamilə başqa bir mövqe və vüsətdən xəbər verir.

Jiskar dEstenin mövqeyi Avropa Komissiyasının məsuliyyətsiz, səriştəsiz və davakar siyasətini bu yaxınlarda tənqid etmiş köhnə dostu Helmut Şmidtin mövqeyinə olduqca yaxındır (ki, təsadüfi deyil): onun dediyinə görə, bu siyasət Avropada üçüncü dünya savaşı təhlükəsi yaradır.

Valeri Jiskar dEsten bu qədər cəsur mövqe tutmaqla KİV-dəki antiputin kampaniyasının yedəyində getməyən və Ollandın, “Xalq hərəkatı uğrunda ittifaq”ı rəhbərliyinin rəsmi xəttindən getdikcə daha çox qəsbə məruz qalan maarifçi Fransa cəmiyyətinin mövqeyini ifadə edir. Rusiya tərəfdarları hələ bir-iki il əvvəl özlərini təcriddə hiss edirdilər. Bu gün hər şey tam əksindəir: bir ovuc ziyalı istisna olmaqla daha heç kim Ukraynaya görə ABŞ-ı müdafiə etmir.

Əlbəttə, məsələ bu və ya digər tərəfi saxlamaqda deyil. Diplomatiyamızın yadların yox, bizim öz maraqlarımızı rəhbər tutmağı lazımdır. Bu o deməkdir ki, bu gün insan haqları adlı diplomatiyanın müncər olunduğu uşaqvari “kim yaxşıdır?” və “kim pisdir?” kimi bütün bu suallardan qurtulmağı lazımdır. Bu, başqa hallarda bizi antirusiya və yaxud antisovet mövqeyinə gətirib çıxarda bilər.

Rolan Yuro

Alim, diplomat, bir neçə hökumətin keçmiş üzvü, deputat və Hesablama Palatasının əməkdaşı

“Atlantico” (Fransa), 23.06.2015