XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 18:01

“Pan Gi Mun sözünü geri götürməyəcək” –BMT-dən Ukraynaya cavab

Pan BMT

BMT-nin baş katibi Pan Gi Munun rəsmi nümayəndəsi Stefan Dujarrik Ukraynanın tənqidlərinə cavab bildirib.

Bu barədə Rusiya KİV-ləri xəbər yayıb.

Xatırladaq ki, Pan Gi Mun RF prezidenti Vladimir Putinlə söhbət zamanı Rusiyanın münaqişələrin həllində mühüm rol oynadığını bildirib. Ukrayna tərəfi bu fikirlərə etiraz olaraq BMT-yə nota göndərəcəyini bəyan edib. Buna cavab olaraq Dujarik qeyd edib ki, baş katib öz sözlərini geri götürmək niyyətində deyil.

"Fakt budur ki, baş katibin də qeyd etdiyi kimi, RF BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya beynəlxalq münaqişələrin həllində çox böyük rol oynayır. Biz öz söylədiyimiz sözü geri götürmürük", deyə, o, vurğulayıb.

Ölkə.Az