XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 07:32

NATO-dan kritik qərar – Operativ qüvvələrinin sayı 40 minə çatdırılacaq

NATO operativ reaksiya qüvvələrinin sayını 3 dəfəyədək artırmaq niyyətindədir.

Bunu təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

O bəyan edib ki, bu həftə Şimali Atlantika İttifaqına üzv olan ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşü nəzərdə tutulub. Həmin görüşdə NATO-nun operativ qüvvələrinin sayının artırılması barədə qərar qəbul ediləcək.

Y.Stoltenberq bildirib ki, ilkin olaraq 13 minlik qüvvənin 40 minə çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, NATO yeni problemlər zamanı qərarların qəbulunu tezləşdirən mexanizm üzərində işləyir (Anspress).