XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 07:57

Avropa Komissiyasından Yunanıstanla bağlı yeni paket: 35 milyardlıq layihə

Yunanıstan Avropa Komissiyasından 35 milyard avroluq yardım ala bilər.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker söyləyib. O bildirib ki, yardım bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək:

“Biz 35 milyard avroluq bir yunan proqramı hazırlamışıq. Bu vəsait yalnız büdcəni doldurmaq üçün deyil, real iqtisadiyyat üçün istifadə olunacaq”.

Onun sözlərinə görə, Avropa Komissiyası Cənubi Avropa ölkəsində iş yerlərinin yaranmasına və əhalinin müdafiəsinə ehtiyac duyulur. Yunker qeyd edib ki, 2015-ci ilin ikinci yarımilliyində Yunanıstana 1 milyard avroluq vəsait verilə bilər.

Qeyd edək ki, Avropa ölkələri Yunanıstanı borc bataqlığından çıxarmaq üçün bir sıra addımlar atırlar. Əgər Yunanıstan öz borclarını ödəyə bilməsə, Avrozonadan çıxa bilər. Yunanıstanın baş naziri Alexis Tsipras digər 18 avrozona dövlət başçıları ilə Brüsseldə keçiriləcək sammitdə bu məsələnin həll olunacağı bildirmişdi.