XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 12:47

Rusiya yenə Əfqanıstanaəsgər göndərəcək

Rus askeri yeniden Afganistan'a hazırlanıyor

Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik qüvvələri hərbi bacarıqlarını gücləndirmək üçün Rusiyadan hərbi təchizat istəyib. 

Rusiya yetkililəri təklifə müsbət cavab verərək Əfqan Hava Qüvvələrinə təmir və digər texniki xidmətlər göstərməyə, üstəlik bu ölkədə xidmət mərkəzi qurmağa da hazır olduqlarını deyiblər.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik News” yayıb.

Məlumata görə, Əfqanıstanın bu istəyini ölkənin xarici işlər nazirinin müavini Hikmət Halil Karzai bu həftə Moskvaya səfəri zamanı rus yetkililərə bildirilib.

Bundan əvvəl də rus vertolyot şirkətinin icraçı direktoru Aleksandr Mixeyev əfqan ordusuna texniki əməkdaşlar və mühəndis təhsili vermək üçün mütəxəssislər göndərə biləcəklərini açıqlamışdı.