XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 14:07

Belçikada terror təşvişi:12 nəfər həbs olundu

Belçikada antiterror reydlər nəticəsində azı 12 nəfər həbs olunub. Saxlanılan şəxslər ölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinirlər.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, xüsusi əməliyyatlar iyunun 17-də və 18-də ölkənin müxtəlif regionlarında, əsasən də Brüssel və Löj rayonlarında keçirilib.

Polis bir neçə gün ərzində şübhəliləri izləyib və nəticədə onları həbs etmək qərarına gəlib. Hüquq mühafizə orqanlarının əməkdaşları 40 evdə və mənzildə axtarışlar aparsa da, silah və partladıcı maddə aşkarlamayıb. Əməliyyat çərçivəsində 40 nəfərin də ifadəsinin alındığı bildirilir.