XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 15:17

Deputatın qətli:əsas versiya açıqlandı

Britaniya parlamentinin Leyborist partiyasından olan deputatı Co Koksun qətlində şübhəli bilinən Tomas Mayr adlı şəxs Amerikanın “Milli alyans” (National Alliance) neonasist təşkilatı ilə əlaqəlidir. Bu barədə Uest-Yorkşir qraflığının baş konstebli Di Kollins deyib. O, həmçinin istintaq tərəfindən şübhəli şəxsin psixi xəstəliyi barədə versiyanın da yoxlanıldığını bildirib.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Amerikanın “Southern Poverty Law Center” hüquq müdafiəsi təşkilatının məlumatına əsasən, 52 yaşlı Tomas Mayr “Milli alyans”dan ev şəraitində tapança hazırlamaq üçün təlimat, habelə yanğın törətmək və partlayıcı maddələr barədə informasiyanın olduğu neonasist ədəbiyyatı alıb.

Xatırladaq ki, Leyborist partiyasının 41 yaşlı deputatı Co Koks iyunun 16-da İngiltərənin şimalında, Lids yaxınlığındakı Bristol şəhərində hücuma məruz qalıb. Cinayətkar ona həm odlu silahdan bir neçə dəfə atəş açıb, həm də bıçaqla zərbələr endirib. Koks hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, qətli törədən şəxs isə həbs edilib.