XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 19:59

Bəşər Əsəd tərəfdarları arasında toqquşma:İnsident döyüşdən yayınmaq üstündə çıxıb

Hizbullah ile Esad yanlısı güçler çatıştı

Hələbdə rejim tərəfdarı suriyalı gənclərlə Hizbullah silahlıları arasında qarşıdurma yaşanıb.

Strateq.az Anadolu Agentliyinə istinadən bildirir ki, qarşıdurma təhlükəli cəbhə xəttinə göndərilmək üstündə çıxıb.

Bildirilir ki, bu zamana qədər Hələbin şimalında mövqe tutan Hizbullah döyüşlərin əsasən həmin ərazilərdə getdiyini və son zamanlar ciddi itkiyə məruz qaldıqlarını əsas gətirib yerli qüvvələrin də özləriylə çiyin-çiyinə dayanmasını tələb ediblər. Əməliyyatlara rəhbərlik edən Hizbullah komandirləri bu tələbi haqlı görüb və şəhərin cənubundakı yerli qüvvələri şimala nəql etmək istəyib. İnsident də bundan sonra qopub. Şimal cəbhəsinə getmək istəməyən suriyalı gənclərin etirazları silahlı toqquşmaya səbəb olub.

Yayılan digər məlumata görə, Rusiya hərbi təyyarələri, böyük ehtimalla, yanlışlıqla şəhərin şimalındakı Hizbullah qüvvələrini bombardman edib. Çox sayda Hizbullah mənsubunun öldürüldüyü xəbər verilir.

Hizbullah isə bu məlumatı təkzib edir və canlı qüvvə itkilərinin düşmənlə atışma nəticəsində verildiyini bildirib.