XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 10:37

Kameron Britaniyanın AB-dən çıxmasını təhlükə sayır:"Ağır nəticələri olacaq"

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr yaradacaq. Bu fikri Britaniyanın baş naziri Devid Kameron “Sunday Times” qəzetinə müsahibəsinə bildirib.

Baş nazir ölkənin Avropa Birliyindən çıxmasının tərəfdarı olan konservatorlar Maykl Qouvu və Boris Consonu təşviqat kampaniyası zamanı həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməkdə günahlandırıb.

Xatırladaq ki, Britaniyanın AB-də qalıb-qalmaması ilə bağlı referendum iyunun 23-də keçiriləcək(azərtac).