XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 15:44

Rusiya müxalifətinin lideri:“Putinin “Avrasiya İttifaqı” amorf layihədir və heç bir gələcəyi yoxdur”

yavlinski

“Son iki ildə Rusiyaya yatırılan xarici investisiya 70 milyard dollardan 5 milyrad dollara düşüb. İqtisadiyyat pis vəziyyətdədir. Sankt-Peterburqdakı forumda isə nə edə biləcəyimizə aydınlıq gətirən olmadı”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın tanınmış siyasi xadimi, “Yabloko” partiyasının sədri Qriqori Yavlinski iqtisadi forumun nəticələrini şərh edərkən yazıb. Onun sözlərinə görə, Kremlin böyük ümidlər bəslədiyi “Böyük Avrasiya” layihəsi yeni deyil və çox amorf layihədir. Odur ki, onun haqqında ciddi nəsə danışmaq olmaz: “Real mənzərə isə başqadır: Avrasiya İqtisadi İttifaqının üçüncü ölkələrlə ticarət-mal dövriyyəsi 2015-ci ildə 34 faiz aşağı düşüb. İttifaq daxilində qarşılıqlı ticarətdə isə dollar hesablaşmaları 25 faiz enib”.

Q.Yavlinski bildirib ki, Putin öz məruzəsində iyrənc sahibkarlıq mühitinin yaxşılaşdırılması və dövlətin biznesə müdaxiləsinin qarşısının alınması barədə heç nə deməyib: “İndi əsas qərarları yenicə yaradılmış, Putin və Medvedyevin idarə edəcəyi  strateji inkişaf üzrə Şura verəcək. Bəs onda hökümət, İqtsadi Şura və digər qurumlar nəyə lazımdır? Anlaşılmazdır”.

Yavlinskinin sözlərinə görə, Putin öz formal məruzəsi ilə aydın işarə verdi ki, Rusiyanın xarici və daxili siyasətində dəyişiklik olmayacaq. ABŞ-la qarşıdurma güclənəcək. İqtisadiyyatda yenə əvvəlki kimi əsas diqqət boru kəmərlərinə və xammala veriləcək: “İnkişaf etmiş ölkələr Rusiya ilə iş görmək istəyirlər. Lakin Rusiyanın müəmmalı deyil, aydın siyasəti olmalı və beynəlxalq qaydalara riayət etməlidir. Hazırkı siyasət iqtisadiyyatı məhv edir. Aparılan siyasi kursla Rusiya iqtisadiyyatının heç bir perspektivi yoxdur”.

X.SƏFƏROĞLU