XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 17:42

Norveç Qaçqınlar Şurası açıqladı –3 gündə Fəllucanı 30 min insan tərk edib

falluca-3

Son 3 gün ərzində hərbi əməliyyatlarla əlaqədar İraqın Fəlluca şəhərini 30 min insan tərk edib.

APA-nın “RİA Novosti” agentliyin istinadən verdiyi məlumata görə, bu barədə Norveçin Qaçqınlar üzrə Şurası məlumat yayıb.

İyunun 17-də İraq təhlükəsizlik qüvvələri Fəlluca şəhərinin mərkəzində nəzarəti təmin edib, hökumət kompleksini İŞİD terror təşkilatının silahlılarından azad edib. Məhz bu, minlərlə sakinin şəhəri tərk etməsinə imkan yaradıb. Artıq su ehtiyatı tükəndiyi üçün Fəlluca sakinlərinə lazımi yardımı təmin edə bilmədiyini açıqlayan Norveçin Qaçqınlar üzrə Şurası İraq hökumətini bu insanların tələbatının qarşılanmasında aktiv rol oynamağa çağırıb.

Qeyd edək ki, Anbar vilayətinin qərbində yerləşən Fəlluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD-in nəzarətindədir. Bu il mayın 23-də İraq baş naziri Haydar əl-Abadi Fəllucanın azad edilməsi ilə bağlı əməliyyatın başladığını elan edib. Şəhərə hücumda İraq ordusu ilə bərabər şiə könüllüləri iştirak edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyası hücuma dəstək verir.