XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 19:14

Qazaxıstanda yenidən atəş səsləri –Polis bu dəfə kriminalla toqquşdu

qazax-yarali

Bu gün Qazaxıstanın Taraz şəhərində atışma baş verib.

APA-nın verdiyi məlumata görə, bu barədə Qazaxıstnın “ZhambylNews” agentliyi məlumat yayıb.

Hadisə şəhərin 6-cı mikrorayonundakı 18 saylı bina yaxınlığında baş verib. Polisin təqib etdiyi bir neçə gənc bu binaya doğru qaçıb, daha sonra atəş açaraq bir polis əməkdaşını yaralayıblar. Həmin şəxslərdən biri də polisin açdığı atəş nəticəsində yaralanıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Qazaxıstan polisi atışmada yaralanan şəhər sakininin kriminal keçmişə malik olduğunu, dini ekstremist qrup üzvü olmadığını açıqlayıb.

“Novosti-Kazaxstan” agentliyinin verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 16.30 radələrində əməliyyat-profilaktik tədbir çərçivəsində aparılan yoxlama zamanı polis üzərində bıçaq olan bir şəxsi yoxlayıb.

Bu zaman həmin naməlum şəxs polisə atəş açıb və polis əməkdaşı yaralanıb. Həmin şəxs saxlanılıb, polis isə xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.