XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 19:53

Nazarbayev ana dilindən imtahan verdi

Nazarbayev ana dilindən imtahan verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev imtahan verib. Axar.az xəbər verir ki, aprelin 26-da keçiriləcək prezident seçkilərində iştirak edəcək lider qazax dilindən imtahan verib.
İmtahan Komissiyasının rəhbəri Mirzatay Joldasbekov qrammatika, üslub, xitab mövzusunda sualları cavablandıran Nazarbayevin yaxşı nəticə göstərdiyini açıqlayıb. Onun sözlərinə görə, 15 dəqiqə qüsursuz nitqlə danışan prezident imtahandan müvəffəqiyyətlə keçib.
Xatırladaq ki, daha öncə namizədliyini açıqlayan 7 nəfərdən 5-i imtahandan keçə bilmədiyi üçün onların namizədliyi qeydə alınmamışdı. Yalnız Kommunist Partiyasının namizədi Liman Koyşiyeva və Turqun Sızdikov imtahanda uğur qazanmışdı.