XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 11:42

Rusiyada uşaqların həlak olmasına günahkar olan şəxslərhəbs edilib - Moskvada matəm

kareliya

 

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin “Vesti-FM” radiosunun efirində bəyan edib ki, Kareliyanın Syamozero kəndində uşaqların həlak olması barəsində iş üzrə daha bir nəfər tutulub. O deyib: “Gecə daha bir təlimatçını – Valeri Krupnodelşikovu həbs etmişik”.

“RIA Novosti” agentliyi xəbər verir ki, bununla da beş nəfərə qarşı ittiham irəli sürülüb. Daha əvvəl “Park otel “Syamozero” MMC-nin direktoru Yelena Reşetova, onun müavini Vadim Vinoqradov, habelə təlimatçılar Regina İvanova və Lyudmila Vasilyeva saxlanılıblar.

“Park otel “Syamozero” Uşaq-Sağlamlıq Düşərgəsində fövqəladə hadisə bir gün əvvəl baş verib. İçərisində uşaqlar olan qayıq fırtına zamanı çevrilib. Turizm qrupu 51 nəfərdən, o cümlədən dörd nəfər yaşlı adamdan ibarət olub.

İstintaq əvvəlcə 14 uşağın həlak olması barədə məlumat verib. Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov deyib ki, 15 nəfərin cəsədi tapılıb. Kareliyanın başçısı Aleksandr Xudilaynen daha sonra bildirib ki, hazırda 13 yeniyetmənin həlak olması məlumdur, daha bir uşağın axtarışları davam edir.

Həlak olmuş 13 uşağın cəsədi iyunun 20-də səhər saatlarında xüsusi reyslə Moskvaya gətirilib. Moskva Şəhər Əmək və Sosial Müdafiə Departamentinin məlumatına görə, meyitlərin tanınması gündüz saatlarında Moskva Şəhər Səhiyyə Departamentinin Məhkəmə-Tibb Ekspertizası İdarəsində olacaq.

Hadisə zamanı zərər çəkən 12 uşaq xəstəxanadadır.

Kareliyanın və Moskvanın hakimiyyət orqanları iyunun 20-ni matəm günü elan ediblər.