XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 12:03

İtaliyada ilk dəfə olaraq qadın Roma bələdiyyəsininsədri seçildi - FOTO

ROMA beledi

Bazar günü İtaliyada bələdiyyə seçkilərinin ikinci turu seçilib.

Musavat.com-un xarici KİV-lərə əsasən verdiyi məlumata əsasən seçkinin nəticələri hakim Demokrat partiyası üçün məğlubiyyət sayıla bilər. Belə ki, baş nazir Matteo Renzinin rəhbərlik etdiyi Demokrat partiyası demək olar ki, bütün iri şəhərləri müxalifətə uduzub.

Seçkilərin ən maraqlı nəticəsi paytaxt Romada və Turində  qeydə alınıb. Belə ki, Roma tarixində şəhər merliyi uğrunda mübarizədə qadın namizəd qalib gəlib.Bu müxalifətdəki “5 ulduz” hərəkatının nümayəndəsi 37 yaşlı Virciniya Raccidir.

Virciniya Racci böyük bir üstünlüklə (64 %) Roma bələdiyyəsinin rəhbəri vəzifəsinə seçilib.