Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk toplantısı başlayıb.
Anadolu agentliyinin məlumatına görə, sədrliyi CHP-nin keçmiş lideri Deniz Baykal TBMM sədri Cemil çiçəkdən alaraq, yığıncağa sədrlik etməyə başlayıb. Onunla birlikdə başqanlıq divanında HDP partiyasının Vandan olan millət vəkili Tuğba Hezer və AKP-nin Tokat millət vəkili Fatma Gaye Güler öz yerini alıb.
Açılışda Deniz Baykal öz yerini alan zaman Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan TBMM-a daxil olub. Deniz Baykal açılışı edib, Ərdoğanın məkana gəldiyini qeyd edib. Bu zaman toplantıda əyləşən AKP üzvləri prezidenti alqışlayıb.
TBMM sədrinin çıxışından sonra andiçmə mərasimi başlayıb.