XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 19:50

“Türkiyəyə sarsıdıcı zərbədən qorxuram” –Jirinovskidın ilginc açıqlama

Jirinovski.jpg

Rusiya Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva və Ankara arasında münasibətlərin düzəlməsi üçün vasitəçi olmaq istədiyini bildirib.

Rusiya mətbuatına müsahibə verən Jirinovski bildirib ki, iki ölkəni barışdıra bilsə, qürur hissi keçirəcək.

Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib. Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah qəzəblidirlər: "Onlar nə baş verəcəyini bilmirlər. Onların yerində mən olsaydım, Türkiyəyə sarsıdıcı zərbədən qorxardım".

O deyib ki, Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ilə görüşdüyü zamanı iki ölkə münasibətlərini müzakirə ediblər.

Onu da qeyd edək ki, Ümit Yardım isə Türkiyə mətbuatına açıqlamasında Jirinovski ilə vasitəçi kimi görüşmədiyini deyib:

“Görüş iyunun 3-də keçirilib. Bu görüşdən çıxış edərək, demək olmaz ki, Rusiyanın siyasi partiyaları arasında vasitəçi axtarırıq. Jirinovski ilə Rusiyanın 3-cü böyük partiyasının rəhbərindən biri kimi görüşmüşük. Rusiya siyasətinə istiqamət verən partiyaların rəhbərlərinə mövqeyimizi bildirdik". 

Ümumilikdə, Jirinovski Azərbaycanla yanaşı, Türkiyəyə də birmənalı münasibət sərgiləmir. Jirinovski Rusiya və Türkiyə arasında münasibətlər pozulduqdan sonra verdiyi açıqlamada İstanbula nüvə silahı atmağı təklif etmişdi.

Jirinovski deymişdi ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq: "Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq".  

ANS