Strateq.az xəbər verir ki, ABŞ Ordusunun Mərkəzi Qüvvələr komandiri (CENTCOM) Lloyd Austin və bərabərindəki heyət Ankaraya gəlib. Generalların proqramında Baş qərargah Başçısı General Necdət özəllə görüş ilk sırada yer alır.
Xarici informasiya kanallarının verdiyi məlumata görə, CENTCOM ABŞ-ın ən əhəmiyyətli Komutanlıklarından biridir və super gücün Yaxın Şərqdəki hərbi birlikləri də CENTCOM-a bağlıdır.
Keçən ay ABŞ xüsusi xidmət orqanlarına mənsub bir qrup zabit də Ankaraya gəlmişdi. Ekspertlər bu get-gəllərin təsadüf olmadığını bildirirlər. Məqsəd Mosulun İŞİD-çilərdən təmizlənməsi əməliyyatıyla bağlı ola bilər. Məsələyə bu qədər böyük əhəmiyyət verilməsi yaxın günlərdə Şimali İraqın və Suriyanın ciddi şəkildə bombardımana məruz qalacağını göstərir.