XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 10:26

Rusiya və Çinin hazırkı hədəfləri –Putin Çinə səfərə gedir

putin-esas

Rusiya Prezidenti Vladimir Putin iyunun 25-də çinli həmkarı Xi Jinping-in dəvətilə Çinə səfər edəcək.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“İki ölkə lideri Rusiya-Çin münasibətlərinin daha da inkişaf etdirilməsini hədəfləyən spesifik addımları müzakirə edəcəklər”, – deyə, məlumatda bildirilib.

Prezidentlər beynəlxalq məsələləri də götür-qoy edəcəklər. Buraya BMT, BRICS təşkilatı, Böyük 20-lik, Şanxay Əməkdaşlıq Təşkilatına aid məsələlər daxildir.

Liderlərin nəqliyyat infrastrukturunu, qlobal naviqasiya peyk sistemlərimi, Şimal Dəniz Marşrutunu, Belkomur dəmiryolunu, Ağ Dənizlə Ural arasında əlaqə yaradılmasını da müzakirə edəcəyi gözlənilir.