XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 14:26

ABŞ və Rusiyanın “səma toqquşması” necə baş verib? –“Los Anceles Tayms” qəzeti detalları açdı

qirici-teyyereler

Rusiyanın ötən həftə İordaniya sərhədində yerləşən Tanfa bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya müxalifətini vurmasının bəzi detalları üzə çıxıb.

“Los Anceles Tayms” qəzeti xəbər verir ki, sözügedən hadisə zamanı Rusiya və ABŞ qırıcılarının “it boğuşması” etdikləri bəlli olub.

Qəzetin yazdığına görə, Rusiyanın bombardmanından sonra ABŞ-ın F-18 qırıcıları havaya qalxıb. F-18-lər Rusiyanın Su-34 bombardmançılarına yaxınlaşdığı zaman ABŞ Mərkəzi Komandanlığı təcili xətt vasitəsilə Rusiya ordusunun rəsmiləri ilə əlaqə yaradıb. ABŞ-ın qırıcılarını görən rus pilotlar bölgədən uzaqlaşıb. Bir müddət sonra ABŞ qırıcılarının yanacağı tükənib və onlar da bölgəni tərk edib. Bunu görən Rusiya pilotları ikinci dəfə əraziyə qayıdaraq, müxalifləri bombalayıb.

Qeyd edək ki, iyunun 16-da Rusiya İordaniya sərhədindəki Tanfa bölgəsində Suriya müxalifətini vurub(Axar.az).