XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 03:51

“Əssalamu Aleykum” deyən Con Kerri:"ABŞ qədər müsəlmanların azad yaşadığı başqa bir ölkə yoxdur"

kerri-joli

ABŞ Dövlət katibi Con Kerri və BMT-nin Qaçqınlar agentliyinin xüsusi elçisi, aktrisa Ancelina Joli bazar ertəsi günü Virciniya ştatının Sterlinq şəhərində iftar yeməyinə qatılıb.

Müsəlman Cəmiyyəti Mərkəzinin tədbirinə toplaşanlar qarşısında çıxış edən Kerri nitqinə müsəlmanların bir-birini salamladığı zaman istifadə etdiyi "Əssəlamu Aleykum" sözləri ilə başlayıb və müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Qaçqınlar gününə təsadüf edən və müxtəlif dini icmaların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışında ABŞ-ın baş diplomatı əlavə edib ki, qaçqınlar Amerika cəmiyyəti üçün təhlükə təşkil etmir və dininə və milliyyətinə görə insanlara qarşı ayrıseçkilik Amerika dəyərlərinin bir hissəsi deyil.

Con Kerri həmçinin qaçqınların qlobal miqyasda sayının artması məsələsinə diqqət çəkib. "Əgər bütün qaçqınlar bir ölkəyə toplansa, bu, dünyanın əhali sayına görə 22-ci ən böyük ölkəsi olardı", – deyə Con Kerri bildirib.

Kerri çıxışında eyni zamanda ABŞ-da İslamofobiya xarakterli insidentlərinin artması məsələsinə yer verib: "Müsəlmanlara qarşı nifrət, onları hədəfə çevirmək terror qruplarının xeyrinədir. ABŞ və İslam arasında müharibə getdiyini göstərmək kimi tendensiya var. Bu, doğru deyil. Dünyada ABŞ qədər müsəlmanların azad yaşadığı başqa bir ölkə yoxdur".

ABŞ Dövlət katibi Con Kerri ilə bərabər tədbirdə iştirak edən aktrisa Ancelina Joli müxtəlif dini icmaların nümayəndələrinin toplaşdığı tədbirə qatılmasından məmmnunluq duyduğunu ifadə edib.

Joli də çıxışında ksenofobiya xarakterli insidentlərin artmasına məsələsinə diqqət çəkib. O, qaçqınların artdığını qeyd edərək, dünya ölkələrini problemin həlli kimi məsuliyyəti bölüşməyə çağırıb: "Bütün insanlar bərabər doğulub və bərabər hüquqlara malik olmalıdırlar".

 

Amerikanın Səsi