İsveç yığmasının hücumçusu Zlatan İbrahimovic "Avro-2016"dan sonra beynəlxalq futbolu tərk edəcək.
“Avro-2016"da İsveçin oyunu mənim üçün sonuncu olacaq", – deyə futbolçu bildirib.
BBC-nin məlumatına görə, İbrahimovicin "Paris Saint-Germain" klubu ilə müqaviləsi bu yay başa çatır. Bundan əvvəl futbolçunun "Manchester United" klubuna keçəcəyi barədə xəbər yayılmışdı.