XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 12:46

Türkiyə ermənilərinin patriarxı Roma Papası ilə görüşməkdənimtina etdi

patriarx

Türkiyə ermənilərinin dini rəhbəri, erməni Apostol kilsəsinin Konstantinopol patriarxı Aram Ateşyan Yerevanda Roma Papası ilə görüşməkdən imtina edib.

Strateq.az bildirir ki, Eçməzdin kilsəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, arxiyepiskop Ermənistana gəlməyəcək. Bundan əvvəl yayılan məlumatda Ateşyanın Moskvaya gedərək oradan Papa ilə görüşmək üçün Yerevana gələcəyi deyilirdi.

Qeyd edək ki, patriarx Türkiyə prezidenti Ərdoğana yazdığı məktubunda Almaniya bundestaqının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsini pisləmişdi.

Roma Papası Fransisk 24-26 iyun tarixlərində Ermənistanda səfərdə olacaq.