XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 10:42

Böyük Millət Məclisinə sədrliyə Dəniz Baykalın namizədliyi irəli sürüldü

baykal.jpg

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal olacaq.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün CHP lideri Kamal Kılıçdaroğlu və parlamentin ən yaşlı üzvü kimi TBMM-yə müvəqqəti sədrlik edən Dəniz Baykal arasında görüş keçirilib. 30 dəqiqə davam edən görüşdə K. Kılıçdaroğlu CHP-nin TBMM sədrliyinə öz keçmiş liderini namizəd göstərmək qərarına gəldiyini D. Baykala çatdırıb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən K. Kılıçdaroğlu “ümid edirəm ki, hörmətli Baykalın hazırkı sədrliyi davam edər. Millət vəkillərimiz Məclis sədrliyinə onun namizəd olmasını istəyir, mən də bu təklifimizi qəbul etməsini ondan rica etdim. Baykal təklifimizi qəbul etdi”, – deyə söyləyib.

D. Baykal isə namizədlik üçün rəsmi müraciətindən sonra digər partiyalarla da görüşərək dəstək istəyəcəyini vurğulayıb: “Seçilsəm, tərəfsiz sədr olacağam”.

Qeyd edək ki, TBMM sədrliyi üçün 27 iyun, saat 24.00-a qədər namizəd irəli sürmək mümkündür. İlk 2 turda seçilmək üçün 367 səs tələb olunur. üçüncü turda sadə səs çoxluğu – 276 səs lazımdır. Bu turda da sədri seçmək mümkün olmasa, ən çox səs alan 2 namizəd 4-cü tura keçir. Dördüncü turda ən çox səs alan namizəd TBMM sədri seçilir.