XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 17:48

İranda avtobus qəzası:ölənlərin sayı 19-a çatdı

İranda avtobusun qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 19 nəfərə qədər yüksəlib. Polisin verdiyi məlumata əsasən, avtobusdakı sərnişinlərin hamısı hərbçilər olub.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, avtobus Sircan–Neyriz trasında hərəkət edərkən yoldan çıxaraq aşıb. İnsident nəticəsində 16 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.

Yol hərəkətinə nəzarət üzrə informasiya mərkəzinin başçısı Nadir Rahmaninin sözlərinə görə, ekspertlər qəzanın səbəblərindən biri kimi sürücünün yorğun olduğunu və sükan arxasında yata biləcəyini nəzərdən keçirirlər.