XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 20:44

Hindistanda ildırım dəhşəti:100-ə yaxın insan ölüb

Hindistanda ildırım vurması nəticəsində həyatını itirənlərin sayı 93 nəfərə çatıb.

Bixar ştatında 56 nəfər, Carkhand, Madhya-Paradeş və Uttar-Paradeş ştatlarında ümumilikdə 37 nəfər ölüb. Onların əksəriyyəti yağışlı havada fermada işləyən kəndlilər olub.

Son vaxtlar ölkənin şərqində ildırımla müşayiət olunan leysan yağışları ara vermir. Sinoptiklər yaxın bir neçə gün ərzində də yağmurlu hava şəraitinin davam edəcəyini bildirirlər.

Yerli KİV-lərin məlumatına əsasən, 2014-cü ildə Hindistanda təxminən 2,5 min nəfər ildırım vurması nəticəsində həlak olub(azərtac).