XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:28

PYD lideri: “Məqsədimiz kürd dövləti qurmaq deyil”

Dünən Türkiyə Xarici İşlər Nazirliyinin Suriyanın şimalında baş verənlərlə bağlı mətbuata sızdırılan məlumatlar yayıldı. Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı məlumatda rəsmi Ankaranın PYD liderlərinə öz “qırmızı cizgilərini” çatdırdığı bildirilirdi. Həmin şərtlərdə əsas vurğu Suriyanın topraq bütünlüyü, YPD-nin müstəqillik iddialarından imtina etməsi kimi prinsiplərin üzərinə qoyulmuşdu.

YPD lideri Saleh Müslümün bu gün “Hürriyyətqəzetinə açıqlaması da bu “qırmızı cizgilər” daxilində idi və sanki, mesajın alındığına işarə edilirdi. Jurnalistin “Tel-Abyadın alınmasından sonra Türkiyənin güneyində kürd dövləti qurulmasıyla bağlı narahatlıqlar artdı. Bu narahatlığı necə qiymətləndirirsiniz?”– sualına kürd lider belə cavab verib:

“Bəri başdan deyirəm ki, bizim bir Kürd dövləti qurmaq layihəmiz yoxdur. Ancaq Allah Suriyada kürdləri Türkiyə sərhədinə yerləşdirmiş. Bu coğrafiyada kürdlər də yaşayır. Nə edək, Türk dövləti narahat olur deyə, torpaqlarımızı, vətənimizi tərkmi edək? Türk mətbuatında PYD-nin IŞİD-dən təhlükəli və hədəfinin kürd dövləti qurmaq olduğuna dair bəzi xəbərləri mən də oxudum. Bunlar çox ayıb və əsassız şeylərdir. Bizim dərdimiz özümüzü, xalqımızı İŞİD vəhşiliyindən qorumaqdır. Bu cür ifadələrin yeganə bir məqsədi ola bilər – o da bölgədə xüsusilə kürdlərlə ərəbləri bir-birinə qoymaq. Bu torpaqlar kürdlərin, ərəblərin, türkmənlərin, müxtəlif etnik qruplarının qardaşca yaşayacağı yerlərdir. Ankaranın müxtəlif qərəzli ifadələrdən narahatlıq duymasına ehtiyac yoxdur. Baxın, biz o torpaqları aldıq, Türkiyəyə Tel-Abyaddan gedən insanlar yenidən evlərinə, yurdlarına qayıdırlar. Bunun harası pisdir?”

Heydər Oğuz