ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini uzadıb.
Ağ Evin məlumatında belə deyilir: “İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”.
Bundan əvvəl, Obama Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırmışdı (APA).