XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 06:22

Nuland yenidən Ukraynada –Oradan da Moskvaya gedəcək

nuland-1

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland  Ukraynaya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, ABŞ rəsmisi  Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev ilə görüşüb.

Tərəflər Minsk razılaşmasının icrasını və ölkənin şərqində sülhə nail olmaq üçün gələcək addımları müzakirə ediblər. “Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyiblər”, – məlumatda deyilir.

Viktoriya Nuland Kiyev səfərindən sonra Rusiyaya yollanacaq. Onun Moskvada Rusiya prezidentinin köməkçisi Vladislav Surkov ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ rəsmisinin Ukrayna və Rusiya prezidentləri ilə görüşü planlaşdırılmayıb.