XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 June 2015 - 12:15

Fransa hökuməti təcili yığışdı – ABŞ-a xəbərdarlıq olundu
“Fransa prezidentlərinin ABŞ kəşfiyyatı tərəfindən izlənilməsi tərəfdaşlıq münasibətlərinə ziddidir”.
Bunu Fransa prezidenti Fransua Ollandın çağırdığı təcili toplantıdan sonra Fransa hökumətinin nümayəndəsi Stefan Le Fol bəyan edib.
Qeyd edək ki, “WikiLeaks” saytı ABŞ xüsusi xidmət orqanlarının Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyini sübut edən sənədlərə malik olduğunu iddia edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays isə bu iddiaları rədd edib. O bildirib ki, Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb.
APA