XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 14:14

Xameneyi məmurların yüksək maaş almasını pislədi:“Astronomik məvaciblər dəyərlərə hücumdur”

 xamneyi maas

“Məmurların astronomik məvaciblər alması əslində dəyərlərə hücumdur. Bu məsələnin araşdırılması  zaman çəkməməlidir, əksinə mütləq ciddi surətdə izlənilməli və nəticəsi xalqın nəzərinə çatdırılmalıdır”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi son günlər məmur maaşının çox olması ilə bağlı ölkədə yaranan qalmaqala münasibətini bildirərkən deyib.

Xamneyi prezident Ruhani və Nazirlər Kabinetinin üzvləri ilə dünənki görüşündə dövləti məvaciblər ilə bağlı qətiyyətli mövqe qoymasına çağırıb.

“Amma hamı bilsin ki, bu məsələ istisna hallardandır. Orqanların əksər müdirləri təmiz insanlardırlar.  Amma elə bu az miqdarı da çox pisdir və onunla ciddi rəftar etmək lazımıdır”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl İranın bir sıra dövlət qurumlarında yüksək məbləğdə maaş alan məmurlarla bağlı  məlumat yayılıb. Xəbər cəmiyyətə mənfi qarşılanaraq ciddi rezonans verib.