XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 13:20

Yunanıstanın “ərköyünlüy”ünün səbəbi nədir?

Yunanıstan neçə vaxtıdır ki, özünü Avropanın ərköyün balası kimi aparır. Avropadan, ABŞ-dan özünü dirçəltmək üçün nə qədər “cibxərcliyi” verirlərsə versinlər, Yunanıstan qısa müddətin ərzində aldıqlarını xərcləyib yenidən üzünü “valideynlərinə” tutub pul istəyir. İndiyə qədər Afinanın “cibxərclik” kimi həzmi-rabedən keçirdiyi miqdar yüz milyardlarlı rəqəmlərlə ölçülür. Di gəl ki, ölkə düşmüş olduğu çətinliklərdən qurtula bilmir. Avropa və ABŞ-dan etiraz səsi eşidincə isə onları qaçıb Rusiyanın qoltuğuna sığınacağıyla təhdid edir.

Bu yaxınlarda Yunanıstanın maliyyə naziri Alekos Flambouratisin yunan banklarının batma ehtimalıyla bağlı verdiyi açıqlama siyasi məsuliyyətsizliyin ən bariz nümunələrindən hesab oluna bilər. Seyid cəddinə arxayın olduğu kimi, Alekos Flambouratis də Avropa Birliyinə arxayınlığını ifadə edərək deyirdi: “Yunan bankları batarsa Avropanın digər bankları da batar”.
Sual oluna bilər: Yunanıstanın bu arxayınlığının səbəbi nədir?

Almaniyanın “Deutsche Wirtschafts Nachtrichten” adlı xəbər saytı yuxarıdakı sualın cavabını verib. Sayta görə, Yunanıstanın Avropa Birliyində qalması ABŞ üçün geosiyasi zərurətdir. Nədən ki, Rusiyadan daha güclü mövqedə olmaq ehiyacından və digər jeopolitik səbəblərdən ABŞ-a Yunanıstanın avro bölgəsində qalması lazımdır. Yunanıstanın bu bölgədən çıxışının AB-nin sonu olacağını düşünən ABŞ Rusiya ilə effektli mübarizə aparmaq üçün Avropanın vahidliyinə ehtiyac duyur.

Yunanıstanın Avro Bölgəsində qalıb qalmayacağına Vaşinqtonda qərar veriləcəyini iddia edən informasiya portalı NATO-nun ABŞ-dan olan baş katibi Aleksandr Verşbovun fikirlərinə də yer verir. Baş katib deyir: “Yunanıstan Avro Bölgəsinə çıxarsa, iddia edirəm ki, bu, AB-nin tənəzzüldə olduğu kimi başa düşüləcək və Avropanın yaxınlarda parçalanacağı barədə rus nəzəriyyəsini təsdiqləyəcək. Yunanıstanın iflasının, təbii ki, NATO-ya da mənfi təsirləri olacaq”.

Göründüyü kimi geopolitik əhəmiyyətini anlayan Yunanıstan öz imkanlarından maksimum dərəcədə yararlanmağa çalışır və onun “ərköyünülüyünün” səbəbi də elə budur.

Heydər Oğuz

Strateq.az