XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 14:53

Devid Kemeron Britaniyanın Avropa İttifaqında qalmasınasəs verib

kemeron

 

Birləşmiş Krallığın Baş naziri Devid Kemeron ölkəsinin Avropa İttifaqında üzvlüyünə dair referendumda iştirak edib və “Brexit”in əleyhinə səs verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, siyasətçi Londonun mərkəzindəki seçki məntəqəsinə həyat yoldaşı Samanta ilə birgə gəlib. Avropa İttifaqı ilə münasibətlərə dair plebisitin təşkili ideyası məhz Kemerona məxsusdur. 2013-cü ildə parlament seçkilərinin təbliğat kampaniyasında siyasətçi bu mövzuda referendumun keçirilməsi barədə riskli vəd vermişdi.

Yaranmış vəziyyətdə təzadlı məqam ondan ibarətdir ki, Kemeronun özü Avropa İttifaqı ilə münasibətlərin kəsilməsinin əleyhinədir. Fevralın 18-19-da keçirilən Avropa sammitinin nəticəsində o, Brüssellə krallığın Aİ-də üzvlüyünün xüsusi şərtlərinə dair saziş imzalayıb. Bu saziş Britaniya parlamentinə daha artıq suverenlik, funt-sterlinqin müdafiəsini, həmçinin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini ehtiva edir.

Baş nazirin fikrincə, Avropa İttifaqında üzvlüyə dair xüsusi şərtlər bu referendumda britaniyalı seçiciləri Aİ-dən çıxmağın əleyhinə səs verməyə inandıracaq.

Qeyd edək ki, səslərin hesablanması seçki məntəqələrinin bağlanmasının ardından – yerli vaxtla saat 22:00-dan etibarən başlayacaq. Referendumun ilkin nəticələri iyunun 24-nə keçən gecə, rəsmi nəticə isə həmin gün səhər saatlarında mərkəzi qərargahın yerləşdiyi Mançesterdə elan olunacaq.