XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 15:15

Trampdan Klintona ittiham:“Müstəbid rejimlərə rüşvət müqabilində yardım göstərib, 21 milyon pul qazanıb”

tramp-44

 

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar partiyasından olan rəqibi Hillari Klintonu təhqir edib.

 Tramp Klintonu "beynəlxalq yalançı" adlandırıb:

"Hillari Klinton, ola bilsin ki, bu günədək ABŞ-da prezidentliyə namizədliyini verən şəxslər arasında ən satqın adamdır. O, dövlət katibi olduğu dövrdə müstəbid rejimlərə rüşvət müqabilində yardım göstərib. İki il ərzində bu məsələdən Klinton 21,6 milyon pul qazanıb. Klinton dövlət katibi olduğu zaman çox sayda səhv siyasi qərarlar qəbul edib, İŞİD-in genişlənməsinin qarşısını ala bilməyib. Onun qərarları ölüm, tələfat və terrorçuluğun artmasına gətirib çıxarır". (teleqraf.com)