XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 15:47

ABŞ Konqresində etiraz aksiyası:Deputatlar yerə oturdular

konqres

Odlu silahların satış qaydalarının sərtləşdirilməsi barədə qanun layihəsinin yenidən müzakirə olunmasına çalışan bir qrup demokrat ABŞ Konqresində oturaq etiraz aksiyası təşkil edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, aksiyada iştirak edən 60-a yaxın konqresmen-demokrat respublikaçıların sənədin müzakirəsindən imtina etməsindən sonra onların Nümayəndələr Palatasının tribunasına girməsini əngəlləyib. ABŞ Prezidenti Barak Obama özünün “Twitter” səhifəsində partiya yoldaşlarının keçirdiyi etiraz aksiyasını dəstəkləyib.

Aksiyada iştirak edən deputatlar Nümayəndələr Palatasının spikeri Pol Rayan səsvermənin keçirilməsinə imkan verməyənədək yerlərindən tərpənməyəcəklərini bildiriblər.

Xatırladaq ki, zorakılığa meyilli insanlara silah satışının məhdudlaşdırılmasına dair qanunun qəbul edilməsinin vacibliyi barədə mübahisələr bu yaxınlarda Floridanın Orlando şəhərində yerləşən gecə klubunda insanların kütləvi şəkildə güllələnməsi ilə nəticələnən faciəvi hadisədən sonra yenidən qızışıb.