XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 05:47

İraq ordusu Tikriti azad etdi

Kadisiya hərbi hospitalının üstünə İraq bayrağı sancılıb

Картинки по запросу tikrit iraq

İraq qoşunları Tikrit şəhərinə daxil olub.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, hökumət qoşunlarının əsgərləri və şiə milisinin döyüşçüləri şəhərin quzey hissəsinə soxulub, Kadisiya bölgəsinə daxil olub və hazırda oranı azad edirlər.

Əyalət qubernatoru Səlahəddinin məlumat verdiyi kimi, döyüşçülərdən alınmış Kadisiya hərbi hospitalının üstünə İraq bayrağı sancılıb.

Tikritə hücum 10 gün öncə başlanmışdı. İraq ordusunun 20 mindən çox əsgəri və “Haşid Şaabi” şiə milisinin döyüşçüləri yerli sünni tayfalarının dəstəyi ilə şəhərin şərqindəki böyük bir ərazini və Fərat çayı boyunca dar bir zolağı İŞİD döyüşçülərindən azad ediblər.