Rusiya Xarici İşlər Nazirliyi Türkiyə tərəfinə Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 34-cü iclasında iştirak etmək üçün dəvət göndərib.
Bunu Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova deyib. “Həqiqətən də Rusiya XİN türkiyəli nazirin QDİƏT XİN başçılarının iclasında iştirakı ilə bağlı dəvət göndərib. Təşkilata üzv bütün dövlətlərin nazirlərinə dəvətnamə göndərilib. Rusiya QDİƏT-ə sədirlik edir. Bu, sədr ölkə kimi bizim borcumuzdur”, – deyə o, söyləyib.