XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 05:45

NATO baş katibi: “Öz ölkələrimizin təhlükəsizliyini qoruyacağıq”

nato bas katib.jpg

NATO-nun Baş katibi Cens Stoltenberq alyansın Rusiya ilə Soyuq müharibə dövrünün silah yarışına başlamaq istəmədiyini bildirib.

Strateq.az “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, Brüsseldə danışan Stoltenberq deyib ki, alyans hərbi qabiliyyətini üzv ölkələrin müdafiəsi məqsədilə artırır.

“Biz silah yarışına daxil olmayacağıq. Lakin biz öz ölkələrimizin təhlükəsizliyini qorumalıyıq. Biz eyni zamanda qonşuluğumuzda sabitliyin saxlanılması üçün tərəfdarşlarımızla yaxından işləməliyik”-deyə o bildirib.

NATO baş katibi alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirəcəyi görüşdən öncə danışıb. Stoltenberq bu açıqlamaları ABŞ-ın Müdafiə naziri Eşton Karterin Birləşmiş Ştatların Avropanın NATO-ya daxil olan altı ölkəsində 250 tank və başqa ağır texnika yerləşdirəcəyini elan etməsindən sonra verib.

O, ABŞ-ın Estoniya, Latviya, Litva, Bolqarıstan, Rumıniya və Polşada silah və başqa hərbi ləvazimat yerləşdirməsi qərarını dəstəklədiyini bildirib.

Rusiyanın keçən il Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra NATO liderləri Şərqi Avropada NATO müttəfiqləri vasitəsilə hərbi təlimlər və rotasiyaların artırılması haqda razılıq əldə edib.