XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 06:18

Putin: “Xarici fondlar istedadlı uşaqlarımızı tozsoran kimi sorub ölkədən aparırlar”

putin barmaq.jpg

Rusiya prezidenti Vladimir Putin intellektual mütəxəssislərin ölkəni tərk etməsi ilə bağlı narahatlığını ifadə edib.

Strateq.az bildirir ki, Kremldə elm və təhsillə bağlı keçirlən iclasda çıxış edən V. Putin orta məktəblərdə istedadlı uşaqlara diqqətin artırılmasına çağırıb.

“Nə qədər mütəxəssis ölkəni tərk edir. Biz bilirik ki, xarici fondlar orta məktəblərdə işləyir, bu şəbəkə təşkilatları Rusiyanın bütün orta məktəblərində “istedadlı gənclərin dəstəklənməsi” adı altında gəzərək tozsoran kimi ən yaxşı uşaqları seçib sovururlar. Əslində onlar istedadlı şagirdləri orta məktəb partasından alaraq qranta oturdur, sonra da ölkədən aparırlar. Buna diqqət yetirmək lazımdır”-deyə prezident vurğulayıb.