XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 19:33

Putin:“Referendumun mənfi effektini azaltmaq üçün hazırlıq görmək lazımdır”

putin-33

“Böyük Britaniyanın Avropa Birliyindən çıxması dünya iqtisadiyyatına öz təsirini göstərəcək. Bunun mənfi effektinin azaldılması üçün hazırlıq görmək lazımdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Brexit”lə bağlı qərraı şərh edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, bu referendumun nəticələri aydındır: “Bu, nəyə görə baş verdi: birincisi, heç kim daha zəif iqtisadiyatı olan ölkələri, bütöv xaqları “yemləmək” istəmir. Görünür, insanlar bugünkü miqrasiya prosesində təhlükəsizliklə bağlı verilən qərarlardan narazıdırlar”.

Putin qeyd edib ki, referendumun keçirilmə faktı və səsvermə vətəndaşların problemlərinə lazımi diqqət göstərməməyin nəticələridir. Prezidentin fikrincə, insanlar daha çox azadlıq istəyirlər. Onun sözlərinə görə, Avropa Birliyi üzvləri üçün yerinə yetirilməsi vacib olan qərarları öz  sayına  görə SSRİ Ali Sovetini də ötüb.