XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 11:08

“Brexit”in nəticələri:ABŞ banklarının səhmləri kəskin ucuzlaşıb

Britaniyada referendumun nəticələri fonunda ABŞ-ın fond birjaları işini geriləmə ilə başa vurub.

Dow Jones indeksi 3,39, S&P 500 indeksi 3,30, NASDAQ indeksi isə 4,12 faiz geriləyib. Sərmayədarlar Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı qərarın nəticələrindən narahatlıq keçirirlər. Bazarın buna reaksiyasının normal olduğunu deyən ekspertlər bildirirlər ki, bu hadisə həqiqətən riskləri artırır və nəticə etibarilə artım yavaşıdır.

ABŞ birjalarında ən çox geriləmə bankların qiymətli kağızlarına toxunub. Belə ki, Bank of America bankının səhmləri 7,41, Citigroup bankının qiymətli kağızları isə 9,36 faiz ucuzlaşıb. Eyni zamanda Ford Motor Co şirkətinin səhmlərində 6,04 faizlik ucuzlaşma baş verib. Nyu-York neft birjasında qiymətlər 2,47 dollar geriləyib və bareli 47,64 dollara satılıb. Yalnız qızılın qiymətində 0,08 faiz həcmində artım müşahidə olunub(azərtac).