XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 11:26

Kerri:"Britaniya ilə münasibətlərimiz dəyişməyəcək"

"Biz Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa İttifaqından çıxması ilə bağlı qərarına hörmətlə yanaşırıq".

Bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri Böyük Britaniyada keçirilən referendumun nəticələri ilə bağlı deyib. O bildirib ki, Britaniya əhalisi Avropa İttifaqından ayrılsa belə bu ölkə dünyada sülh və sabitliyə sadiq olacaq. “ABŞ və Böyük Britaniya arasında mövcud olan xüsusi münasibətlər əvvəlki kimi dəyişməz qalacaq. Bizim ölkələr NATO-nun güclü, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, kommersiya tərəfdaşları və yaxın dostlardır”, – deyə o bəyan edib.

Con Kerri qeyd edib ki, ABŞ həmçinin Avropa qarşısında öhdəliklərini bir daha təsdiq edir və Avropa Birliyi ilə Ukrayna, nüvə silahının yayılmaması, iqlim dəyişikliyi, ticarət, insan haqları kimi məsələlər üzrə birgə gündəliyə malikdir. “Yaxın illərdə bir məsələ dəyişməz qalacaq ki, bu da Amerikanın bütün Avropa dostlarına və əsasında demokratiyaya qarşılıqlı dəstək, sülhə sadiqlik və qanunun aliliyi duran Avroatlantik əlaqələrə güclü dəstəkdir”, – deyə baş katib vurğulayıb(azərtac).