XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 08:15

Kraliça Yelizaveta Avropanı qorumağa çağırdı:“Bu məkanın dağılması təhlükəlidir”

yelizaveta.jpg

Britaniya kraliçası II Yelizaveta Almaniyaya rəsmi səfəri zamanı Avropanı şərqdə və qərbdə dağılmaqdan qorumağa çağırıb.

“Biz çox çalışmalıyıq ki, müharibədən sonrakı nailiyyəti qoruyaq”-deyə səfərinin birinci günündə Almaniya prezidenti ilə görüşən kraliça deyib.

“Bilirik ki, Avropanın dağılması təhlükəlidir, buna görə də onu bundan həm şərqdə, həm də qərbdə qorumalıyıq”, Gauck və Almaniya xalqı şərəfinə tost deyən Kraliça qeyd edib.

Buckingham Sarayı Kraliçanın sözlərinin Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə referendumla əlaqəsi olmadığını deyib. “Bu Avropa İttifaqı ilə əlaqəli deyil”, Sarayın nümayəndələrindən biri deyib. “Kraliça siyasətə qarışmır, o heç vaxt siyasi bəyanat verməz”.

“Dauninq Strit” bildirib ki, Britaniyanın Avropa İttifaqında olub-olmaması məsələsini baş nazir David Cameron Almaniya Kansleri Angela Merkellə müzakirə edəcək.

Referendumun keçirilməsi qərarı iyunun 10-da Britaniya Parlamenti tərəfindən verilib. ümumxalq səsverməsi 2017-ci ilin sonuna kimi keçirilməlidir.