XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 17:50

Britaniya yüksək risk zonasına girdi:Moody's ölkənin kredit reytinqini dəyişdi

İqtisadi dəyərləndirmələr üzrə Moody's agentliyi Britaniyanın kredit reytinqini “mənfi”yə dəyişdirib.

BBC-nin məlumatına görə, agentlik bildirir ki, Avropa İttifaqından çıxmağa səs vermiş Britaniya yüksək risk zonasına daxil olub. Məlumata əsasən, ölkəni bir neçə il ərzində investisiyaların azalması gözləyə bilər.

Standard & Poor’s agentliyi "Brexit" barədə qərardan sonra Britaniyanın hazırkı reytinqinin yüksək qalacağına şübhə edib. Bəzi təhlilçilərə görə, qeyri-müəyyənlik investorları sərmayə planlarından çəkindirə bilər.

"Bank of America" ölkənin tənəzzül dövrünə daxil olacağı ehtimalını real hesab edir. Bankın proqnozuna görə, gələn il ümumi daxili məhsulun illik artım tempi 2,3-dən 0,2 faizədək azala bilər.

"Morgan Stanley" bankı həmçinin iqtisadi artım potensialının məhdudlaşacağını proqnozlaşdırıb.