XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 18:52

Şotlandiya müstəqillik barədə yenireferenduma hazırlaşır

Şotlandiyanın Nazirlər Kabineti Böyük Britaniyanın tərkibindən çıxmaq barədə yeni referendumun keçirməsi üçün qanunverici bazanın hazırlanması işlərini rəsmi olaraq təsdiqləyib.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin növbədənkənar iclasında qəbul edilib. Şotlandiya hökumətinin başçısı Nikola Stercenin sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə bağlı müzakirə qrupu yaradılacaq. O, eyni zamanda, hökumətin “Brexit” fonunda öz maraqlarını müdafiə etmək üçün Avropa İttifaqı ilə təxirəsalinmaz müzakirələrə başlamaq niyyətində olduğunu da bildirib.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda ölkənin Avropa İttifaqından çıxması ideyasının tərəfdarları 51,9 faiz səslə qalib gəlib. Britaniya hökumətinin başçısı Devid Kemeron artıq payızda postundan getmək barədə qərar qəbul edib və xalqın iradəsinin yerinə yetirərək Aİ-ni tərk etməyi növbəti baş nazirin öhdəsinə buraxıb.

“Brexit”lə razılaşmayan Şotlandiyanın müstəqilliyinə dair 2014-cü ilin sentyabrında keçirilən referendumda əhalinin 55,3 faizi ölkənin Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi.