XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 19:16

BMT-nin yeni baş katibi kim olacaq?- 11 namizəd var

BMT-nin Təhlükəsizlik Şurası Beynəlxalq Təşkilatın baş katibinin seçilməsi proseduru çərçivəsində bu posta namizədlərin sayını azaltmaq məqsədilə ilkin səsvermə keçirəcək. Hazırda namizədlərin sayı 11 nəfərdir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyulun 21-də keçirilməsi nəzərdə tutulan səsvermə ciddi məxfilik şəraitində aparılacaq: qapalı iclasların keçirildiyi otağa yalnız bir ekspertin müşayiəti ilə 15 üzv ölkənin daimi nümayəndələri girə biləcək. İnformasiya sızmasına yol verməmək üçün iclaslara tərcüməçi və katiblik nümayəndələri buraxılmayacaq.

Bu məsələyə dair növbəti səsvermənin isə iyul ayının sonlarında keçirilməsi planlaşdırılır. Prosedur namizədlərin biri 15 üzvün hamısının dəstəyini qazananadək davam edəcək. Bundan sonra açıq səsvermə keçiriləcək və namizəd təsdiq olunması üçün BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq.