XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2015 - 09:33

Erməni baş nazir: “Prospekti bağlamaqla heç bir nəticəyə nail olmayacaqsınız”

ovik.jpg

“Enerji tariflərini qaldırmaqdan başqa yol qalmamışdı”.

Strateq.az bildirir ki. bu sözləri Ermənistanın baş naziri Ovik Abramyan hökümətin bu günkü iclasında deyib. Onun sözlərinə görə, heç br hökümət qiymət qaldırılmasını istəməz. “Amma obeyktiv reallıqları qiymətləndirmək lazmdır”

Baş naziri kütləvi etiraz aksiyasının iştirakçılarını konstruktiv müzakirələrə çağırıb. O. Abramyan hökumətin iclasında bildirib ki, şəhərin ən mühüm magistral yollarından biri olan Baqramyan prospektini bağlamaqla nümayişçilər heç bir nəticə əldə etməyəcəklər.

Baş nazir hökumətin istənilən məsələnin müzakirəsinə hazır olduğunu vurğulayıb: “İnsanların şəhərdə sərbəst hərəkətinə əngəl törətmək Konstitusiya və qanunları pozmaq deməkdir. Mən təşkilatçıları prospekti boşaltmağa çağırıram. Onları konstruktiv yola gəlməyə və cəmiyyətimizi narahat edən məsələləri müzakirə etməyə səsləyirəm”.